Bədən Tərbiyəsi və İdman Günü

Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix ölkə başçısı cənab İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.

Bu münasibətlə məktəbimizdə 7 və 8- ci sinif şagirdləri arasında təşkil edilən futbol yarışının bağlanış tədbiri keçirildi. Qalib komanda üzvləri sertifikatla təltif edildi. 7ç sinif şagirdlərindən ibarət komanda 1-ci yerə, 8b və 8a sinif şagirdlərindən ibarət komandalar isə 2-ci və 3- cü yerə laiq görüldülər.

Qalib komanda üzvlərini təbrik edirik! Sağlam bədəndə, sağlam ruh olar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi