11-ci sinif şagirdləri ilə görüş

Bu gün məktəbimizin direktoru Xəyalə Qasımova 11-ci sinif şagirdləri ilə görüş keçirdi. Məqsəd şagirdlərin DİM tərəfindən 02.03.2025-ci il tarixində təşkil olunacaq buraxılış imtahanlarına, buraxılış vərəqləri paylamaq və onlara imtahanla bağlı tövsiyyələr vermək idi.
Görüşdə şagirdlərlə yanaşı direktor müavinləri və sinif rəhbərləri də iştirak etdilər. Məktəbin direktoru çıxış edərək şagirdlərə imtahanda uğur arzu etdi, onları ruh yüksəkliyi ilə yola saldı.
Əziz şagirdlərimiz həyat yolunuz daim işıqlı olsun! Hər birinizə müvəffəqiyyət arzu edirik!