28 may Müstəqillik Günü qeyd edildi

Bu gün məktəbdə 28 may Müstəqillik Günü ilə əlaqədar olaraq Heydər Əliyev adına muzeydə Dəyirmi masa təşkil edildi. İlk öncə məktəbin direktoru Qasımova Xəyalə Şiraslan qızı çıxışında əlamətdar günlə bağlı məlumat verdi. Sonra məktəbin tarix müəllimi Şəhla Talıbova çıxış etdi. Müsəlman Şərqində ilk Demokratik Respublika yaradılmasından danışdı. Sonra məktəbin dərs hissə müdirləri Cumayeva Ülviyyə Novruz qızı,Nağıyeva Məzburə müəllimə çıxış etdilər.Şagirdlərin hazırladıqları referatlar,söylədikləri şe”rlər dinlənildi.Kitabxana rəhbəri Esmira Ağayeva 28 may Müstəqillik Günü ilə bağlı hazırlanmış video-roliki iştirakçılara təqdim etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi