5 mart Bədən Tərbiyəsi və İdman Günüdür
Bildiyimiz kimi 5 Mart Bədən Tərbiyəsi və İdman Günüdür.Bu münasibətilə martın 1 -6 tarixində məktəbdə İdman Həftəsi keçirildi. Məktəbdə təşkil olunan futbol,voleybol,dama və şahmat yarışlarında şagirdlər öz güclərini sınadılar. Qonşu 57 nömrəli məktəbin futbol komandası ilə məktəbin komandası arasında keçirilən yarışda 178 nömrəli məktəbin komandası qalib oldu. Keçirilən yarışlarda qaliblərə diplomlar təqdim edildi. Məktəbin direktor əvəzi Cumayeva Ülviyyə Novruz qızı bütün iştirakçıları təbrik etdi.Qaliblərə uğurlar arzuladı. Həmin yarışlardan çəkilmiş görüntüləri təqdim edirik.