Novbəti Pedaqoji Şura keçirildi

Bu gün məktəbin Akt zalında növbəti Pedaqoji şura keçirildi.Gündəlikdə olan məsələlər müzakirə olundu. Məktəbin direktor əvəzi Cumayeva Ülviyyə Novruz qızı çıxış edərək məktəbdə keçirilən monitoringlər barədə məlumat verdi.şagirdlərin bilik və bacarıqlarının yoxlanılması istiqamətində aparılan monitorinqlərin nəticələri haqqında danışdı.Kiçik summativlərin keçirilməsi məktəb rəhbərliyi tərəfindən müəllimlərə təklif və tövsiyyələr verildi.Arzu olundu ki,gələcəkdə KSQ və BSQ lərin keçirilməsi komputerdə xüsusi proqramla təkşil edilsin. Metod birləşmə rəhbərlərinə BSQ lərin hazırlanması tapşırıldı. Sonra cari məsələlər müzakirə edildi. Nərimanov rayon İH də keçirilən müşavirədə müzakirə olunan “Qışa hazırlıq” la bağlı məktəbdə operativ qrupun yaradılması qərara alındı. Bu məsələ ilə bağlı məsul şəxs məktəbin təsərrüfat işləri üzrə direktor müavini Elçin Əhmədov təyin edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi