Bayraq Günü qeyd edildi

9 Noyabr – Müstəqil Azərbaycanın Dövlət Bayrağı Günüdür Bu münasibətilə məktəbdə tədbir keçirildi. Məktəbin həyətində təşkil olunmuş tədbirdə ilk öncə Dövlət himni səsləndi.Sonra Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Meydana dövlətimizin üçrəngli Bayrağı gətirildi. Məktəbin direktor əvəzi Cumayeva Ülviyyə Novruz qızı Bayraq günü münasibətilə kollektivi təbrik etdi. Sonra şagirdlər şe”rlər səsləndirdi,mahnı etdilər.Ən yaddaqalan hadisə isə azyaşlı körpənin diz çökərək Bayrağımızı öpməsi iştirakçıları daha da düyğulandırdı! Sonra tıdbir iştirakçıları Şəhid baş leytenant Azad Arif oğlu Hümbətovun doğulduğu məkana gedib,onun abidəsini ziyarət etdilər,abidənin önünə gül dəstələri düzdülər. Bayraq günümüz mübarək!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi