Zəfər gününə həsr edilmiş tədbir keçirildi

Bu gün məktəbdə Zəfər gününə həzr olunmuş tədbir keçirildi.Əvvəlcə Dövlət himni səsləndi.Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə iştirak edən qonaqlar,o cümlədən Şəhid ailələri,qazilər,veteranlar iştirak edirdi.Məktəbin uzun illər direktoru olmuş dəyərli Hasilova Laləndər Hafiz qızı da dəvət olunan qonaqlar arasında idi. Məktəbin direktor əvəzi Cumayeva Ülviyyə Novruz qızı çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamladı.Şəhidlərimizə Allahdan rəhmət,qazilərimizə can sağlığı dilədi.Ali Baş Komandanımız İlham Əliyevin apardığı siyasətin sayəsində ərazi bütövlüyümüzün bərpa olunmasını diqqətə çatdırdı.Şəhid baş leytenant Azad Hümbətovun atası,Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif müəllim çıxış edərək,tədbir iştirakçılarına minnətdarlığını bildirdi. Şəhid Mirmurad Rzayevin atası Ağamir müəllim çıxışinda müəllimlərə və şagirdlərə təşəkkür etdi.Mirmurad məktəbimizin məzunudur.Şəhid Dilqəm Nəbiyevin bacısı Şəfiqə xanım çıxışında məktəbin rəhbərliyinə və şagirdlərə və məktəbin eks direktoru Laləndər xanıma xüsusi təşəkkür etdi.Sonra Laləndər xanım çıxış edərək,tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Şagirdlərin hazırladıqları ədəbi bədii kompozisiya hər kəsin sevincinə səbəb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi