Qubadlı şəhəri günü münasibətilə tədbir keçirildi

Bu gün məktəbin Akt zalında 25 oktyabr Qubadlı şəhəri günü münasibətilə tədbir keçirildi.Tədbirdə şagirdlərin ifasında mahnılar səsləndi,se’rlər dinlənildi. Məhz bu günkü gün Qubadlı şəhəri düşməndən təmizləndi.Müzəffər ordumuz düşməni 44 günlük müharibə zamanı işğalçıları “iti qovan kimi torpaqlarımızdan qovdu”.Məhz gənclərimizin,xalqımızın birliyi sayəsində qələbəni təmin etdik.Heç bir qüvvə Azərbaycan Ordusu qarşısında tab gətirə bilməz.Ali Baş Komandanımızın apardığı siyasət nəticəsində biz istəyimizə nail olduq.Məktəbin direktor əvəzi Cumayeva Ülviyyə Novruz qızı öz çıxışında bu fikirləri səsləndirdi.Sonda şagirdlərə və tədbiri təşkil edənlərə təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi