Oktyabrın 16 da ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı tədbir keçirildi

Oktyabrın 16 da məktəbdə dərslərdən öncə ərazi bütövlüyünün tam bərpası münasibətilə tədbir təşkil edildi. İlk öncə Dövlət Himni səsləndi,Ümummilli lider Heydər Əliyevin,Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Prezidentin Xankəndidə,eləcədə Ağdərə,Xocalı,Əsgəran,Xocavənd və Sərsəng su anbarı ərazisində üçrəngli bayrağımızın dalğalandırılması Ali Baş Komandanın apardığı siyasətin nəticəsində baş verdi.Ərazi bütövlüyünün tam bərpası İlham Əliyevin 20 illik Prezidentlik fəaliyyəti dövründə reallığa çevrildi.Bu sözləri məktəbin direktor əvəzi Cumayeva Ülviyyə Novruz qızı qeyd etdi.Məktəbin ibtidai sinif müəllimi,əslən Ağdamdan olan Rüstəmova Sevda sevinc göz yaşları ilə ölkə Prezidentinə təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi