Qurtuluş günü qeyd edildi

Bu gün məktəbdə 15 iyun Qurtuluş günü münasibətilə tədbir keçirildi.Məktəbin tarix müəllimi Şəhla Talıbova iştirakçılara əlamətdar gün haqqlnda geniş məlumat verdi.Ümummilli liderimiz Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaradılmasında misilsiz rolundan bəhs etdi.Ölkəmizin ərazi bütövlüyünün qorunması,məhz Heydər Əliyev tərəfindən qoyulmuş,bu gündə həmin ideyaların qorunub saxlanması və həyata keçirilməsi hər kəsin müqəddəs vəzifəsidir.Çətin bir zamanda ölkəyə rəhbərlik etməyə başlayan Ulu Öndər qısa bir zamanda sabitlik,ölkə iqtisadiyyatında irəliləyişlərə nail oldu.Həmin ənənələrə sadiq qalan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli lider siyasi kursuna sadiq qalaraq ərazi bütövlüyümüzü bərpa etdi.Torpaqlarımız işğaldan azad edildi! Qurtuluşun mübarək,Azərbaycan! Yaşasın Azərbaycan!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi