Kitab təqdimatında şagirdlərimiz də şe”rlər səsləndirdi

22 yanvar 2023-cü il tarixində Nərimanov rayon MKS-nin Nərimanov rayon İcra hakimiyyətinin və Nərimanov rayon Mərkəzi Kitabxana Sisteminin təşəbbüsü ilə vətənpərvər şairə Əsli İsmayılqızının “Yarımçıq arzular ...Dəmir yumruq” kitabının təqdimatına həsr edilmiş tədbir keçirildi. Tədbirdə Nərimanov rayon İcra hakimiyyətinin nümayəndələri, "Tellisənəm Borçalı" jurnalının təsisçisi və redaktoru Telli xanım, vətənpərvər şairə Qumru Qüdrət, şair Firidun Behzad, şairə və müəllimə Ramilə Haqqı, şairə Tubu xanım, Saloğlu qrupunun rəhbəri Teymur Nəsib,məktəbimizin şagirdləri, fəal oxucular və kitabxana əməkdaşları iştirak etdilər. İlk öncə vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Alina İsamayılova qonaqları salamlayaraq bildirdi ki, “Dəmir yumruq əməliyyatı ilə Azərbaycanın yeni tarixi yazıldı. 30 il həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönələn fəaliyyət 2020 –ci ilin sentyabr ayının 27 –dən başlayaraq “Dəmir yumruq əməliyyatı – 44 günlük vətən müharibəsi noyabr ayının 8 –də Azərbaycanın qələbəsi iə nəticələndi. Dəmir yumruq əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qazandığı bu qələbə xalqımızın Vətən dərdinə son qoydu . Bügünkü tədbirimiz də birliyimizin və gücümüzün təcəssümü - “Dəmir yumruq “ əməliyyatının adı ilə eyni adda olan və əsasən qəhrəmanlıq və şəhidlik məqamından ,eləcə də Vətən və təbiətin tərənnümündən bəhs edilən ,vətənpərvər şairəmiz Əsli İsmayılqızının yazıya aldığı “Dəmir yumruq “ kitabının təqdimatına həsr olunur. Daha sonra "Dəmir yumruq" kitabına həsr edilmiş videoçarx nümayiş etdirildi. Tədbir zamanı çıxış edən qonaqlar şairəni təbrik edib, gələcək yaradıcılıq işlərində uğurlar arzuladılar və şeirlər səsləndirdilər. Həmçinin, "Tellisənəm Borçalı" jurnalının təsisçisi və redaktoru Telli xanım tərəfindən" şairə Əsli İsmayılqızı "Vətənpərvər şair" Fəxri diplomu ilə təltif edildi. Tədbirdə iştirak edən məktəbimizin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Yekun sözlə çıxış edən şairə Əsli İsmayılqızı qonaqlara, kitabın ərsəyə gəlməsində və tədbirin təşkil edilməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi. Sonda imza mərasimi keçirildi, xatirə şəkilləri çəkdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi