9 NOYABR - AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞI GÜNÜ

  8 noyabr 2018-ci il tarixdə məktəbin ingilis dili müəllimi Gülşən Şiriyeva və ibtidai sinif müəllimi Ülviyyə Məmmədovanın təşkilatçılığı ilə Bayraq Gününə həsr olunmuş “Müqəddəs bayraq” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə məktəbin rəhbərliyi, valideynlər, müəllimlər və şagirdlər iştirak etdilər. Şagirdlərin ifasında bayraq, vətənpərvərlik mövzusunda şeirlər söylənildi, mahnılar ifa edildi. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Tural Mirzəliyev Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi,  hər bir azərbaycanlı üçün üçrəngli bayrağımızın müqəddəs, mənəvi sərvət və inanc yeri olduğunu, vətənin gücünü, qüdrətini göstərdiyini vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi