Informasiya təhlükəsizliyi

Uşaqların internet məkanında, sosial şəbəkələrdə zərərli informasiyadan qorunması istiqamətində təbliğat-təşviqat işinin aparılması, onların informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının eləcə də media savadlılığını artırılması, mütərəqqi texnologiyalar və kommunikasiya vasitələrindən düzgün şəkildə istifadəni təbliğ etmək məqsədilə maarifləndirici dərs keçirildi. VI-VII sinif şagirdlərinin iştirakı ilə keçirilən dərsdə çıxış edən məktəbin psixoloqu Lamiyə Hüseynova media nədir, informasiya və media savadlılığı nəyi öyrədir, medianın ötürdüyü informasiyanın pozitiv və neqativ təsirləri, əsas araşdırma sualları, saxta informasiyadan qorunma yollarından danışdı. İnformatika müəllimi Şəfiqə Abdullayeva uşaqların kompüterdən istifadə etməsində fiziki və mənəvi baxımdan vurduğu ziyanlardan danışdı, lakin bu "möcüzəli" aləmin faydasının da az olmadığını vurğuladı. Sonda şagirdlərlə mövzu ilə bağlı müzakirələr aparıldı, onları maraqlandırılan suallar cavablandırıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi