Cəlil Məmmədquluzadənin ev-muzeyinə ekskursiya

"Dilimizi qoruyaq" şüarı altında yazıçı-dramaturq, ictimai xadim,publisist, Şərqdə ilk satirik "Molla Nəsrəddin" jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin ev-muzeyinə ekskursiya təşkil olundu. Ekskursiya zamanı şagirdlərə görkəmli ədibin ev muzeyinin yaradılma tarixi, ədibin həyat və yaradıcıllığı haqqında məlumat verildi. C.Məmmədquluzadənin əlyazmaları, şəxsi əşyaları şagirdlərdə maraq doğurdu. Müzeyin əməkdaşları şagirdlərə bildirdilər ki, dahi şəxsiyyət Heydər Əliyev böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin yaradıcılığına,onun adının əbədiləşdirilməsinə həmişə böyük diqqət və qayğı ilə yanaşib.Ekskursiya şagirdlər üçün yaddaqalan və mənalı oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi