"Narkomaniya ümumbəşəri bəladır" adlı maarifləndirici tədbir

Yasamal rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi polis polkovnik-leytenantı Nəbi Nəcəfov, Yasamal rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev və məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə "Narkomaniya ümumbəşəri bəladır" adlı maarifləndirici tədbir keçirildi. Məktəbin direktoru Sevinc Tahirova qonaqları və tədbir iştirakçılarını salamlayaraq belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs etdi. Sonra mövzu ətrafında çıxış edən qonaqlar narkotik maddələrin insan həyatına təsirindən danışdılar, şagirdləri yaxşı təhsil almağa, idmanla məşğul olmağa çağırdılar, şagirdləri maraqlandıran sualları cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi