“Xocalı harayı”mövzusunda ədəbi-bədii kompozisiya keçirildi

Fevralın 26-da 2018-ci il tarixdə 8"e" sinif şagirdləri  coğrafiya müəllimi A. Babayevanın təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar “ Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiya keçirildi. Məktəbin rəhbərliyi, müəllim-şagird kollektivinin və valideyn komitəsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Vətənpərvərlik mövzusunda  şeirlər, mahnılar ifa edildi, videoçarxlar nümayiş olundu. Sonda çıxış edən məktəbin direktoru Q. Qələndərov tədbirin yüksək səviyyədə təşkilinə görə fəallıq nümayiş etdirən şagirdlərə minnətdarlığını bildirdi və tarixi yaddaşımızla bağlı milli-vətənpərvərlik ruhunda böyüyən gənc nəslin üzərinə düşən vəzifələrdən danışdı. Tədbirdən sonra müəllim kollektivi " Ana harayı " abidəsini  ziyarət etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi