“İnsan hüquqları: bərabərlik, hörmət, ədalət, azadlıq...” mövzusunda “dəyirmi masa”

Şagirdlərinin iştirakı ilə “İnsan hüquqları: bərabərlik, hörmət, ədalət, azadlıq...” mövzusunda “dəyirmi masa” keçirildi. Tədbirin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə şagirdlərdə humanist keyfiyyətləri formalaşdırmaqdır. “Dəyirmi masa”da şagirdlər insan hüquqları, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzularda təqdimatlarla çıxış etdilər.