20 Yanvar – Ümumxalq Hüzn Günü

Məktəbdə 20 Yanvar hadisələrinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Belə ki, yanvarın 15-də şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərın artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşması, qəhrəmanliq səlnaməsinin təbliği məqsədi ilə "Qanlı şənbə gecəsi" adlı şeir müsabiqəsi, yanvarin 16-da  “Vətən şəhidləri ilə ucalır” mövzusunda inşa yazı müsabiqəsi,17-19 yavar tarixlərdə "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsı" başlığı altında rəsm sərgisi, yanvarın 19-da 4ç sinfində məktəbin ibtidai sinif müəllimi Elnarə Allahverdiyevanın və 8d sinfində tarix müəllimi Vəliəddin Hüseynovun rəhbərliyi ilə 20 Yanvar faciəsini eks etdirən xüsusi dərslər keçirilmiş,mövzu  ilə bağlı təqdimatlar, prezentasiyalar və video sənədli filmlər numayiş olunmuşdur. 15-19 yanvar tarixlərdə müəllimlərin və şagirdlərin “Şəhidlər xiyabanı”na ziyarətlər təşkil olunmuş, silsilə tədbirlərin yekunu olaraq 19 yanvar tarixində məktəbdə “20 Yanvar - Azadlığa gedən yolun zirvəsi” mövzusunda ədəbi bədii gecə keçirilmişdir. İlk öncə şagirdlər məktəbin məzunu - 20 Yanvar şəhidi Andrey Nişenkonun barelyefi önünə gül dəstələri düzmüş, 20 Yanvar faciəsini əks etdirən slayd, kompozisiya, qiraət nümayiş olunmuşdur. Şəhidlərin ruhu bir dəqıqəlik sükutla yad edilmiş, sonda məktəbin direktoru Q.Qələndərov çıxış edərək belə tədbirlərin şagirdlərdə milli qürur hissinin formalaşmasında oynadığı müstəsna roldan danışmışdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi