“Xarı bülbül ətirli bahar gəlir!”

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Xarı bülbül ətirli bahar gəlir!” adlı ədəbi-bədii kompozisiya keçirildi. Vətənpərvər şagirdlərin ifasında şeirlər söyləndi, səhnəciklər göstərildi, mahnilar və rəqslər ifa edildi. Tədbirdə bir daha vurğulandı ki, daim dinc, sülhsevər, eyni zamanda mübariz və əzmkar olan xalqımıza böyük qələbələr, böyük bayramlar yaraşır! Tədbirdə mövzu ilə bağlı ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması məqsədilə Novruz qəhrəmanlarının iştirakı ilə məktəbin həyətindəki ağacların ətrafı belləndi, həmişəyaşıl sərv ağacları əkildi. Novruz bayramınız mübarək, əziz həmvətənlər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi