“Pi Günü” ilə əlaqədar tədbir

14 mart 2024-cü il tarixində məktəbdə Kiçik Akademiya rəhbəri Jalə Səmədova tərəfindən “Pi Günü” ilə əlaqədar tədbir keçirildi. “Pi” gününün keçirilməsində məqsəd bir daha riyaziyyat elmini şagirdlərə sevdirməkdir. Kiçik Akademiyanın riyaziyyat bölməsinin fəalları "Pi günü" və bu günün yaranma tarixi ilə bağlı apardıqları tədqiqatları və hazırladıqları məlumatları nümayiş etdilər. Təqdim olunan riyazi materiallar şagirdlərin marağına səbəb olub. Sonda məktəbin riyaziyyat müəllim Vidadi Həmzəyev Pİ haqqında məlumat verdikdən sonra, şagirdlərə riyaziyyatı öyrənmənin vacib olduğunu, riyaziyyatın həyatımızdakı rolundan danışdı. Məktəbin 4d sinif şagirdi Ayla Əsədova riyaziyyatdan qazandıqları nailiyyətləri ilə şagirdlərlə bölüşdü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi