“Yel çərşənbəsi” adlı ədəbi-bədii kompozisiya

"Dəyərlərimizi qoruyaq" layihəsinin icrası ilə bağlı ibtidai siniflər “Yel çərşənbəsi” adlı ədəbi-bədii kompozisiya hazırladılar. Məqsəd məktəbliləri xalqımızın milli-mənəvi dəyərləri ilə tanış etmək, onlarda xalqa, xalqın adət- ənənələrinə hörmət hissi oyatmaq , xalqın adət-ənənələri haqqında məlumatlandırmaqdır. Tədbirin icraçıları olan məktəbin ibtidai sinif müəllimləri N.Cəfərova və K.Nurmətova şagirdləri ilə hazırladıqları tədbir dövlət himni ilə başlandı. Sonra yel çərşənbəsi ilə bağlı bəzi inanclardan danışıldı, bayramla bağlı şeirlər söylədilər, yallı gedib rəqs etdilər. Novruzun atributları olan kosa, keçəl, səməni, xonçalar tədbirə xüsusi yaraşıq verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi