“İnsan hüquqları: bərabərlik, hörmət, ədalət, azadlıq...” mövzusunda “dəyirmi masa” keçirildi

IX sinif şagirdlərinin iştirakı ilə “İnsan hüquqları: bərabərlik, hörmət, ədalət, azadlıq...” mövzusunda “dəyirmi masa” keçirildi. Tədbirin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə şagirdlərdə humanist keyfiyyətləri formalaşdırmaqdır. “Dəyirmi masa”da şagirdlər insan hüquqları, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzularda təqdimatlarla çıxış etdilər. Sonda çıxış edən tarix müəllimi V.Hüseynov respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan, bu sahədə əldə edilmiş nailiyyətlərdən, ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsindən, tolerantlıq, multikulturalizm, islam həmrəyliyi ideyalarının dünyaya yüksək səviyyədə çatdırılmasından və Azərbaycanda multikultural dəyərlərə böyük hörmətlə yanaşılmasından danışdı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi