“Bahar çələngi” layihəsi çərçivəsində Novruz bayramının qeyd edildiyi digər ölkələrin adət-ənənələrinin əks etdirən seminar keçirildi

“Bahar çələngi” layihəsi çərçivəsində məktəbin Fəaliyyət Planına uyğun olaraq silsilə tədbirlərimiz davam edir. Tarix müəllimi Vələddin Hüseynov VI-VII sinif şagirdlərinin iştirakı ilə Novruz bayramının qeyd edildiyi digər ölkələrin adət-ənənələrinin əks etdirən “Milli-mənəvi dəyər daşıyıcısı - Novruz” adlı seminar keçirdi. Seminarda şagirdlər müxtəlif ölkələrin Novruz adətlərindən bəhs edən təqdimatlar, videoçarxlar izlədilər. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı. #BaharÇələngi