“Bahar çələngi ” layihəsi çərçivəsində “Novruz bayramı bədii ədəbiyyatda” adlı tədbir keçirdi

“Bahar çələngi ” layihəsi çərçivəsində məktəbin kitabxanasında Ana dili və ədəbiyyaı müəllimi Natəvan Quliyeva və VII sinif şagirdləri “Novruz bayramı bədii ədəbiyyatda” adlı tədbir keçirdilər. Tədbirdə şagirdlərə xalqımızın adət-ənənələrinin əks olunduğu kitab və bədii məqalələrdən ibarət guşə təqdim olundu, Novruz bayramının bədii ədəbiyyatda əks olunması ilə bağlı məlumat verildi. Tədbirdə iştirak edən təlim-tərbiyə işləri üzrə direktor müavini Zaur Ələkbərov iştirakçıları Novruz bayramı münasibətilə təbrik etdi, şagirdlərə milli adət-ənənələrimizin öyrədilməsi istiqamətində bu kimi tədbirlərin əhəmiyyətini vurğuladı.#BaharÇələngi