2017/2018-ci dərs ilinin yekunlarına həsr olunmuş “Məktəb seminarı”nın pedaqoji heyət ilə müzakirəsi

25 iyun 2018- ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2017/2018 – ci il dərs ilinin “ Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində ilin yekunlarına dair Yasamal rayonu üzrə seminarı keçirildi.  Seminarda  ümum təhsil sahəsində vacib sayılan istiqamətlər diqqətdə saxlanıldı, əldə olunmuş nəticələr təhlil edildi və gələcək prespektivlər müəyyənləşdirildi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri  Məhəbbət Vəliyeva “Təhsil haqqında qanun”a edilmiş mühüm dəyişikliklər barəsində məktəb müdirlərinə geniş məlumat verdi. Ümumi təhsilin keyfiyyətinə birbaşa təsir edən amillər, səmərəli idarəetmə yolları , məktəblərdə mənəvi-əxlaqi dəyərlərin formalaşdırılması, valideyn – müəllim, müəllim-şagird münasibətlərinin tənzimlənməsi istiqamətində müzakirələr apardı. Lazimi təklif və tövsiyələrini verdi.Bu gün məktəbin direktoru bir daha pedaqoji heyət ilə seminarda müzakirə olunan məsələləri təhlil etdi.Yeni məlumatları və lazimi tapşırıqları pedaqoji heyətin nəzərinə çatdırdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi