FƏXRİMİZ

Azərbaycanın görkəmli alim və dövlət xadimi olan   Məhəmməd Nəsrəddin Tusi 1201-ci il fevralın 18-də Tus şəhərində anadan olmuşdur. Bir çox dilləri öyrənmiş, din, təbiət haqqında elmlərə yiyələnmişdi.  Məhəmməd Nəsrəddin Tusi riyaziyyatı və təbabəti də gözəl bilirdi. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur “Əxlaqi Nasiri” əsərini tamamlayır. Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən “Ələmut” (“Qartal yuvası”) qalasına aparılmışdır. O, burada sürgün həyatı keçirmişdir. 1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlamışdır. Onun qoşunları 1256-cı ildə “Ələmut” qalasını tutmuş,  İsmaililər dövlətinin hakimiyyətinə son qoymuş,  Nəsirəddini və digər alim məhbusları azad etmişdi. Məhəmməd Nəsirəddin Tusi Hülaku xanın şəxsi məsləhətçisi təyin olunmuşdu.
Hələ Bağdadda ikən  Məhəmməd Nəsrəddin Tusi ulduzları müşahidə etmək üçün xüsusi rəsədxananın tikilməsi üçün hökmdardan razılıq almışdı. 1259- cu ildə Marağa rəsədxanasının tikintisinə başlayır. Rəsədxana binalarının tikintisi gedən müddətdə başqa şəhərlərdən, ölkələrdən, alimlər dəvət olunurdu. 
           Məhəmməd Nəsrəddin Tusi  kitabxanada çalışan alimlər üçün zəngin kitabxana düzəltmişdi. Kitabxanada 400 min əlyazması vardı. Marağa rəsədxanası ( Elm və müdriklik evi) o dövrdə Şərqdə ilk çoxsahəli elm ocağı idi. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri “İlxanilərin astronomik cədvəlləri” adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı.
            Məhəmməd Nəsrəddin  Tusinin  əsərləri yalnız Şərqdə deyil,  həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan “Evklid “Başlanğıc”ının təsviri” əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Ensiklopedik alim   Məhəmməd Nəsrəddin Tusinin bir çox əsərləri dünyanın müxtəlif  kitabxanalarında mövcuddur.  Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında alimin əsərləri qorunub saxlanılır. İlk əxlaq dərsliyi olan “Əxlaqi- Nasiri” əsəri 700 ildən çoxdur ki, müsəlman ölkələrində dərslik kimi istifadə olunur. Ayda dahi astronom  Məhəmməd Nəsrəddin Tusinin adı ilə adlandırılmış yer vardır. Dünya şöhrətli alim bütün həyatını, bilik və bacarığını elmə həsr etmiş,1274-cü ildə Bağdad şəhərində vəfat etmişdi. Alimin qəbri üzərində bu sözlər yazılıb: “Elmin köməkçisi,elm ölkəsinin şahı. Dövrün anası belə oğul hələ doğmamışdır”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi