assembly

Ümumi təhsil müəssisələrində silsilə tədbirlər


19.01.2018

Paytaxt məktəblərində Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 20 Yanvar mövzusunda konfrans, seminar, mühazirə və “Dəyirmi masa”lar təşkil edilib.

Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açılıb. Eyni zamanda, qeyd edilib ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi daxil olub. Məktəblilərə bu tarixi heç vaxt unutmamaq tövsiyə edilib.

Tədbirlərdə şagirdlər 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

Ümumi təhsil müəssisələrində 20 Yanvar hadisələrindən bəhs edən sənədli və bədii filmlər də nümayiş olunub. Həmçinin, 20 Yanvar-Ümumxalq Hüzn Gününə dair divar qəzetləri, stendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib.

20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxt məktəblilərinin və təhsil işçilərinin şəhid ailələri, Qarabağ müharibəsi veteranları ilə görüşləri də keçirilib. Həmçinin, şagird və müəllimlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.

Qeyd edək ki, yanvarın 19-da paytaxt məktəblərində ilk dərslər 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr edilib.

Ətraflı
DƏRS CƏDVƏLİ

Seç

https://bakimektebleri.edu.az/173/az/schedule/

Cədvəli öyrənmək üçün oxuduğunuz sinfi və həftənin gününü seçin

Bayram günləri
Bayramlar
Videoqalereya
video
Fotoqalereya
photo
ELEKTRON MÜRACİƏT
request
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum