HAQQIMIZDA

M.N.Tusi adına 173 nömrəli tam orta məktəb Bakı şəhəri Yasamal rayonunda yerləşir. Məktəb 1935-ci ildə inşa edilmişdir. 1941-1945-ci il Böyük Vətən müharibəsi illərində məktəb binasından hərbi hospital kimi istifadə olunmuşdur. Məktəb birtiplidir. Hörmətli prezidentimiz İlham Əliyevin və ölkəmizin birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın şəhər və regionlarda təhsil ocaqlarının yenidən qurulması, təmir edilməsi, xalqın ixtiyarına verilməsi ilə əlaqədar gördükləri xeyirxah işlər nəticəsində məktəb 2012-ci ildə əsaslı şəkildə təmir edilmiş və prezidentin şəxsən özünün iştiraki ilə açılışı olmuşdur. Müasir avadanlıqlarla təchiz olunmuş kimya, fizika, biologiya fənn kabinələri, laboratoriyalar, informatika otağı fəaliyyət göstərir. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə öz peşəsini gözəl bilən 45 nəfər təcrübəli müəllim heyəti məşğul olur. Onlardan  Ənvər Babayev Salman oğlu “Azərbaycan Respublikasının bədən tərbiyəsi və idman işçisi” fəxri adını daşıyır. Gülsarə İmanova Əsgər qızı isə AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun dissertantıdır. Eyni zamanda şagirdlərin əksəriyyətinin idmana marağı olduğunu nəzərə alaraq “Gənc idmançılar dərnəyi” də fəaliyyət göstərir. Bütün lazımi avadanlıqlarla təchiz olunmuş şahmat kabineti mövcuddur. İdmançı şagirdlər rayon, şəhər və Respublika üzrə keçirilən idman yarışlarında fəal iştirak edib, I,II,III yerləri tutaraq müxtəlif medal və fəxri diplomlarla təltif olunublar. Məktəb öz fəaliyyətini valideyn əməkdaşlığı üzərində qurub. Valideynlərin məktəb idarəetməsinə cəlb edilməsi və valideyn məsuliyyətinin artırılması məqsədi ilə vaxtaşırı “Açıq qapı” günləri təşkil olunur. Təhsilin keyfiyyətini yüksəltmək məqsədilə İllik Fəaliyyət planına uyğun olaraq qabaqcıl müəllimlərin iştirakı ilə təqdimatlar, seminar və dəyirmi masalar təşkil olunur, istedadlı şagirdlərlə fərdi iş aparılır, fənn aylıqları keçirilir, açıq dərslər verilir, fənn gecələri, şair və yazıçılarla görüşlər, viktorinalar təşkil olunur. “Məktəb Kiçik Akademiyası”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialı və yaradıcılığı üzə çıxarılır. Müasir dərsə verilən tələblər ödənilir. Fənlərin tədrisində İKT avadanlıqlarından geniş istifadə olunur.

 Məktəbin uğurlu tarixi vardır. Bir sıra görkəmli şəxsiyyətlər, incəsənət xadimləri bu məktəbin məzunları olmuşlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi