Kiçik Akademiya

Kiçik Akademiyanın “Kiçik tədqiqatçıları” İbtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi- tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə "Kiçik Akademiya"larda, elmi cəmiyyətlərdə, intelektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək ,referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Kiçik tədqiqatçılar" müsabiqəsi təşkil olunub. Müsabiqənin rayon mərhələsində  iştirak edəcək şagirdləri müəyyənləşdirmək məqsədilə məktəbdə seçim turu təşkil olundu. Şagirdlərin hazırladıqları referatlar dinlənildi və müsabiqədə iştirak edəcək komanda müəyyənləşdirildi.

Ətraflı

Məktəb "Kiçik Akademiya" nın 2019/2020-ci tədris ili üzrə ilk iclasıMəktəb Kiçik Akademiyanın ilk yığıncağı təşkil olundu.İclasda Kiçik Akademiyanın tərkibi və fəaliyyət istiqəmətləri müəyyənləşdi. Kiçik Akademiyanın üzvlərinin araşdıracaqları tədqiqat mövzuları təsdiqləndi.Kiçik Akademiyanın prezidenti bölmə rəhbərlərinə və məktəbli tədqiqatçılara lazımi tövsiyələrini verdi.

Ətraflı

MƏKTƏBİN "KİÇİK AKADEMİYA"SI HAQQINDA MƏLUMATM.N.Tusi adına 173 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2016-ci il tarixdən fəaliyyətə başlayıb. Bizim əsas məqsədimiz IX-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi -tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsidir. Hədəflərimiz şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, onların öz maraq dairələrinə uyğun tədqiqatçılıq bacarığını genişləndirmək, istedadlı şagirdlərin tətqiqat işləri hazırlamalarına istiqamət vermək və müxtəlif layihələrdə iştirak etməkdir. Məktəb KA üzvləri AMEA- nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu, M.N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tarix İnstitutu ilə sıx əməkdaşlıq edir. “Kiçik Akademiya” çərçivəsində Humanitar, Təbiət,Ekologiya Fizika-Riyaziyyat, Texniki, Sosial-İqtisadi bölmələri fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılır. “Kiçik Akademiya”nın Fəaliyyət planına əsasən, hər kafedranın öz aylıqları keçirilir. Aylıqlar çərçivəsində şagirdlərin kiçik elmi -tədqiqat işlərinin təqdimatları, tarixi əlamətdar günlər və yubileylərlə bağlı müsabiqə və viktorina, elmi-təcrübi konfrans, dəyirmi masalar, görüşlər təşkil olunur. KA-nın tərkibi aşağıdakı kimidir: Prezident – İmanova Gülsarə( coğrafiya müəllimi) I vitse president - Cəfərova Rəfiqə ( 8”A) II vitse president – Məlikov Azər (10”A”) III vitse president – Mahdipour Nayna (10”A”) 2018-2019-cu tədris ilində “Kiçik Akademiya”nın üzvləri aşağıda qeyd olunan tətqiqat işləri hazırladılar. “Yer kürəsi bizim ümumi evimizdir” - 11 “A” sinif şagirdi Mehman Cəfərli , “Yerdə baş verən hadisələin kainatla əlaqəsi ” – 8 “A” sinif şagirdi Mina Məmmədova və Rəna Hüseynova , ”Azərbaycan ərazisində yetişən dərman bitkiləri” - 11 “A” sinif şagirdi Cavadxan Allahverdiyev, “CİS əsasında çay daşqınlarının ətraf mühitə təsirinin qiymətləndirilməsi” – 11 “A” sinif şagirdi Məryəm Babayeva “Sabahın alimləri” VIII Respublika müsabiqəsində iştirak etmişdirlər.

Ətraflı
HAQQIMIZDA

M.N.Tusi adına 173 nömrəli tam orta məktəb Bakı şəhəri Y...

BİZİM FƏXRLƏRİMİZ

Namiq Sevdimov _

Xanımana Babayeva Cavidan

HAQQIMIZDA

M.N.Tusi adına 173 nömrəli tam orta məktəb Bakı şəhəri Y...

BİZİM FƏXRLƏRİMİZ

Namiq Sevdimov _

Xanımana Babayeva Cavidan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi