Məktəb "Kiçik Akademiyasının" AMEA ilə əməkdaşlığı

 

Fəaliyyət planının  “Kiçik Akademiyanın” fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialının üzə çıxarılması bəndini təmin etmək məqsədilə Kiçik Akademiyanın üzvləri AMEA – da keçirilən seminar – məşğələdə iştirak etdilər. Seminar – məşğələ AMEA – nın ikinci mərtəbəsində daimi fəaliyyət göstərən İnstitut sərgisinin nümayiş etdirilməsi ilə başladı. Daha sonra şagirdlər İnstitutunun “Xəritəçilik və Coğrafi İnformasiya” şöbəsində oldular, şöbənin əməkdaşı, CİS üzrə mütəxəssis Yaşar Nəsibov şöbənin fəaliyyəti haqqında geniş izah verdi.

Seminar – məşğələ İnstitutun konfrans zalında davam etdirildi. Şuranın sədri, böyük elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərova seminarın məqsəd və önəmindən danışdı. İnstitutunun əməkdaşı, elmi işçi Gülsarə İmanova, eyni zamanda 173 nömrəli tam orta məktəbin  coğrafiya müəlliməsi, məktəbin tərkibində fəaliyyət göstərən “Kiçik Akademiya”nın rəhbəri “Kiçik Akademiya”nın fəaliyyəti haqqında hesabat verdi. Daha sonra məktəbin tərkibində fəaliyyət göstərən  “Kiçik Akademiya” nın üzvləri ulu öndər Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti  haqqında bir neçə şeir və məruzələrlə çıxış etdilər, “Kiçik Akademiya” üçün hazırladıqları himni səsləndirdilər. Məktəbin tarix müəllimi Vəli Hüseynli çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi