Şəhid Leytenant Vüqar Nəcəfovun Baralyefinin açılış mərasimi

16 may 2023-cü il M.N.Tusi adına 173 nömrəli tam orta məktəbin məzunu Vüqar Nəcəfovun Şəhidlik zirvəsinə ucalmasının 15 ili tamam olur. Şəhid leytenant Vüqar Nəcəfovun əziz xatirəsini əbədiləşdirmək üçün məktəbin həyətində Barelyefin açılış mərasimi keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, Şəhidin ailə üzvləri, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri və Vüqarın təhsil aldığı dönəmdə məktəbin direktoru olmuş Sveta xanım Məmmədova, Aybəniz müəllimə, Sakitə xanım iştirak etdilər. Anım mərasimində çıxış edən Sitarə xanım Abbasova öz ürək sözlərini Şəhidin ailəsi ilə bölüşdü. Sonda şagirdlərin ifasında vətənpərvərlik şeirləri səsləndi. Şəhidin ruhuna dualar oxundu, ehsan süfrəsi açıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi