Dünyaya mərd gəlib mərd gedən Vüqar

M.N.Tusi adına 173 nömrəli tam orta məktəbin məzunu şəhid zabit Vüqar Nəcəfov 30 aprel 1984-cü ildə anadan olmuşdur. Vüqar 16 may 2008-ci ildə şəhid olmuşdur. Doğum günü münasibətilə hər il məktəbimizdə şəhidin anım günü qeyd olunur. 

Bu il 28 aprel 2023-cü il tarixində Şəhid Vüqar Nəcəfovun adına inşa olunmuş "Bulaq" xatirə kompleksinin açılışına toplaşdıq. İlk öncə Şəhidin məzarı ziyarət edildi. Tədbirdə məktəbin şagird və müəllim kollektivi, şəhidin ailə üzvləri və yaxınları, millət vəkilləri Aqil Abbas və Vüqar Bayramlı, Şəhid anaları, Qarabağ müharibəsi Əlilləri, qazilər, Yasamal rayon İcra Hakimiyyəti nümayəndələri, veteranlar və şəhid ailələri ictimai birliyinin əməkdaşları iştirak edirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi