Şəhid leytenant Vüqar Nəcəfovun anım günü

     M.N.Tusi adına 173 nömrəli tam orta məktəbin məzunu şəhid Vüqar Nəcəfov 30 aprel 1984 -cü il anadan olmuşdur.

     Vüqar 16 may 2008-ci ildə şəhid olmuşdur.Doğum günü münasibətilə məktəbimizdə tədbir keçirildi.Tədbirdə məktəbin kollektivi, şəhidin ailə üzvləri, Yasamal rayon Həmkarlar Təşkilatı, Yasamal rayon Qarabağ müharibəsi əlilləri, qazilər, veteranlar və şəhid ailələri ictimai birliyinin əməkdaşları iştirak edirdilər. Əvvəlcə qonaqlar şəhidin adını daşıyan 8a sinfini ziyarət etdilər.Daha sonra Səlimxanova Lalə müəllimənin hazırladığı bədii hissə təqdim edildi.Şəhidin həyatını təsvir edən video və çıxışlar, mahnılar, vətənpərvər ruhda hazırlanmış kompazisiyalar və şeirlər səsləndirildi.Tədbirin sonunda söz qonaqlara verildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi