"Son zəng"

Məktəbimiz üçün xüsusi və qürurverici bir gündür. 11-ci sinif şagirdləri ilə yanaşı, ilk dəfə olaraq sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan şagirdlərimiz də məzun olaraq yeni bir mərhələyə qədəm qoydular.
Bu, sadəcə bir məzuniyyət deyil, həm də bərabərlik, əzm və təhsildə inklüzivliyin gözəl təcəssümüdür. Şagirdlərimiz bir daha göstərdilər ki, imkanlar fərqli ola bilər, lakin təhsilə olan sevgi və inam hər kəs üçün eyni dərəcədə güclüdür.
Tədbirimizdə məzunlarımızı təbrik etmək, onların bu sevincli günündə yanında olmaq üçün dəyərli qonaqlarımız iştirak edirdi:
- Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov,
- Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının professoru, filologiya elmləri doktoru İlhamə Hacıyeva,
- Qabaqcıl təhsil işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Elmira İsmayılova,
- Inclusive Organization Company-nin təsisçi və rəhbəri İbrahim Məmmədov,
- NR İnklüziv Mərkəzinin təsisçi və rəhbəri Nərmin Şabanqızı.