"Dəyirmi masa"

5 iyun tarixində məktəbimizin kitabxanasında “Abadlaşan Qarabağım” mövzusunda dəyirmi masa keçirildi
Tədbirin əsas məqsədi şagirdlərə Qarabağ bölgəsinin tarixi, zəfərdən sonrakı bərpa prosesi və gələcək inkişaf perspektivləri barədə məlumat vermək idi. Şagirdlər tədbirdə iştirak edərək Qarabağla bağlı fikirlərini bildirdilər. Onlar bu ərazilərin nə qədər əhəmiyyətli olduğunu bir daha dərk etdilər və müzakirələrdə fəal iştirak etdilər.Tədbir zamanı “Abadlaşan Qarabağım” mövzusunda hazırlanmış slaydlar nümayiş etdirildi. Slaydlarda Qarabağın şəhər və kəndlərində aparılan yenidənqurma işləri, Şuşanın mədəni dirçəlişi, yolların və infrastrukturun bərpası kimi aktual mövzulara toxunuldu.