9 MAY QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLDİ

08 mayda 17 nömrəli tam orta məktəbdə ,,9 May faşizm üzərində qələbə günü” münasibətilə tədbir keçirildi. Məktəbin sinif müəllimi Fidan Gülüşovanın rəhbərlik etdiyi 2,,A” sinif şagirdləri gözəl bir kompozisiya ilə çıxış etdilər. Böyük Vətən müharibəsinə, qələbəyə, vətənpərvərliyə həsr olunmuş mahnılar ifa etdilər, şeirlər söylədilər, müxtəlif rəqslər nümayiş etdirdilər. Tədbirdə məktəb müdiriyyəti, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər. Məktəbin direktoru Nazilə Əliyeva çıxış edərək müharibədə qəhrəmanlıq göstərən Azərbaycanın qəhrəman oğul və qızlarından söz açdı. Nazilə xanım Qələbə Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və balaca fidanlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi