,,ÜMUMDÜNYA AVİASİYA VƏ KOSMONAVTİKA”GÜNÜNƏ AİD TƏDBİR

       13 apreldə məktəbdə “Coğrafiya fənn aylığı” çərçivəsində Ümumdünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirildi. Məktəbin coğrafiya müəllimi Günay Məmmədovanın təşkilatçılığı ilə 7c sinif şagirdləri gözəl bir kompozisiya ilə çıxış etdilər. Musiqi ilə sintez olunmuş bu tədbirdə coğrafiyaya aid maraqlı fikirlər səsləndirildi. Şagirdlərə verilən suallar əsasən kosmosa, astronomiya elminə həsr olunmuşdu. Uşaqlar verilən sualları həvəslə öz aralarında müzakirə edib cavablandırdılar. Məktəbin direktoru Nazilə Əliyeva  tədbir iştirakçılarını təbrik edərək onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi