MƏKTƏB KİTABXANASINDA ,,ANIM GÜNÜ” İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

    Məktəb kitabxanasında 27 sentyabr ,,Anım Günü” qeyd olunub.Kitabxana əməkdaşları Sevil Qurbanova və  Fatma Quluzadənin təşkilatçılığı  ilə tədbir keçirildi. Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlərə 44 gün davam edən və tarixi qələbəmizlə nəticələnən II Qarabağ müharibəsi haqqında geniş məlumat verildi, şeir və mahnılar səsləndirildi.Tədbirdə MS tərbiyə işləri üzrə təşkilatçı Tahir Həmzəyev çıxış edərək, tədbirin əsas məqsədi II Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüş,ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsini ehtiramla yad etmək və məktəblilərin arasında vətənə,torpağa məhəbbət hissini artırmaq,hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək olub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi