21 SENTYABR - "BEYNƏLXALQ SÜLH GÜNÜ"NƏ HƏSR OLUNMUŞ AÇIQ HAVADA SEMİNAR DƏRS KEÇİLDİ

   20 sentyabrda 17 nömrəli tam orta məktəbdə ,,Beynəlxalq Sülh Günü” münasibətilə 4,,D” sinif şagirdləri ilə sinif müəllimi Sevinc Mövsümova və UBR Nərmin Cəlilova tərəfindən açıq havada seminar dərs təşkil edildi. Şagirdlər ,,Sülh günü”nə həsr olunmuş seirlər söylədilər,çəkdikləri rəsmləri nümayiş etdirdilər və havaya göyərçinlər buraxdılar.

21 sentyabr - Beynəlxalq Sülh Günü 1981-ci ildə BMT Baş Assambleyasının qərarı ilə təsis edilib.Beynəlxalq Sülh Günü BMT Baş Assambleyasının 30 noyabr 1981-ci il tarixli qərarı ilə təsis olunub və 1982-ci ildən başlayaraq Yer üzündə atəş və zorakılıqdan qlobal imtina günü kimi bütün dünyada qeyd olunur.

Hər il Beynəlxalq Sülh günü 1954-cü ildə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında quraşdırılmış“Sülh Zəngi”nin çalınması ilə başlayır.Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb.

Beynəlxalq Sülh Günü ölkəmizdə də qeyd olunur.Azərbaycan müstəqillik əldə etdikdən sonra BMT “Uşaq haqları” Konvensiyası, “Uşaqların həyatlarının təminatı, müdafiəsi və inkişafı” haqqında beynəlxalq deklarasiyası və buna uyğun bir sıra beynəlxalq sənədlərə qoşulub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi