ŞAGİRDLƏRİMİZ MƏHƏMMƏD FÜZULININ 530 İLLİYİNƏ HƏSR OLUNMUŞ KİTAB SƏRGİSİNDƏ OLDULAR

    06 oktyabrda Bakı Ekspo Mərkəzində dahi Azərbaycan şairi M.Füzulinin 530 illiyinə təşkil edilən X Beynəlxalq Kitab Sərgisində 17 nömrəli tam orta məktəbin 5,,Ə” sinif şagirdləri sinif rəhbəri Xəyalə Cəfərova ilə birlikdə iştirak etdilər.Təşkil edilən bu sərgidə dünyanın 12 ölkəsindən 43 xarici təşkilat,121yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edirdi.Sərgidə uşaqlar üçün,Məhəmməd Füzulinin əsərlərinin  əsasında kukla tamaşaları, "uşaq aləmi", nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları,imza günləri, konfranslar təşkil edilmişdi.Azərbaycanın xalq yazıçıları və şairləri,tanınmış gənc yazarlar məşhur xarici yazıçılar və aktyorlar da sərgidə iştirak edirdilər.Məktəbin nümayəndələri təqdim olunan stednlərlə tanış oldular və onları maraqlandıran suallara cavab aldılar.Sərgi şagirdlərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi