MƏKTƏBİN “ŞAHİNLƏR” KOMANDASI HƏRBİ-İDMAN YARIŞLARINDA İŞTİRAK ETDİ

13 apreldə  Heydər Əliyev adına Ali Hərbi Məktəbdə "Şahinlər"  hərbi-idman oyunları  keçirilib. Bu yarış Bakı şəhəri Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunmuşdur. Əvvəlcə komandalar təntənəli marşla tribuna önündən keçdilər. Yarışa qatılan 8-10-cu sinif şagirdləri sıra hazırlığı, sanitarların yarışı, mülkü müdafiə, fiziki hazırlıq, çətin maneələrin dəf olunması və digər mərhələlərdə bacarıqlarını nümayiş etdirdilər. “Şahinlər”  hərbi-idman yarışının  keçirilməsində əsas məqsəd gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğının daha da artırılması, həmçinin şagirdlərin hərbi xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir.

 Məktəbimizin “Şahinlər” komandası  öz hərbi və fiziki bacarıqlarını nümayiş etdirərək  yarışmada digərlərindən fərqlənmişdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi