MƏKTƏB MƏZUNLARININ AZƏRBAYCAN TURIZM VƏ MENECMENT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞÜ KEÇİRİLDİ

            Aprelin 8-də  məktəbdə Azərbaycan Turizm və Menecment Universitetinin  əməkdaşları Səmayə Abbasbəyli və Həlilə Məmmədova ilə  məzunların görüş keçirildi. Görüşün əsas məqsədi məzunları bu ali məktəblə, onun elmi–texniki bazası ilə yaxından tanış etmək idi. Tədbirdə çıxış edən qonaqlar məktəbimizin məzunlarına Azərbaycan Turizm və Menecment Universitetinin uğurları, təhsil sistemi haqqında geniş məlumat verdilər. Səmimi görüş çərçivəsində keçirilən bu tədbirdə məzunları maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda məktəbin direktoru Nazilə Əliyeva görüş iştirakçılarına öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi