ŞAGİRDİMİZ "ÖLKƏMİZİ TANIYAQ" TUR AKSİYASINDA İŞTİRAK EDİR

Martın 15-də  Xətai rayonunda  yerlşən H.Əliyev adına parkda “Ölkəmizi tanıyaq”  devizi altında keçirilən tur-aksiyada iştirak  edən  məktəblilərin  təntənəli yolasalma mərasimi təşkil olunub. Bu aksiyada  17 nömrəli tam orta məktəbin şagirdi İsazadə Rahil Fuad oğlu da iştirak edirdi. Tədbirdə rayon  İcra Hakimiyyəti aparatının məsul şəxsləri, məktəb direktorları, rayonun  mədəniyyət kollektivləri və valideynlər iştirak edirdilər.

Tur aksiya iştirakçıları rayon rəhbərliyi və qonaqlarla birlikdə Ulu Öndərin abidəsini ehtiramla ziyarət edib önünə tər-çiçək dəstələri qoydular.

 Çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev bildirdi ki, dövlət başçısının tövsiyəsi ilə həyata keçirilən bu layihənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından müstəsna əhəmiyyəti var. Bu tədbir xalqımızın gələcək nəsillərinin daha sıx birləşməsinə, Vətəni daha böyük şövqlə sevməyə, xalqımızın əsrlərlə əldə etdiyi milli-mədəni dəyərlərə, yaratdığı tarixi abidələrə, bu günə çatdırdığı adət-ənənələrə daha böyük qayğı və ehtiramla yanaşmağa sövq edəcək. 

 Bu gün məktəblilərimiz öz iqtisadi inkişafı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutan Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər. Zəngin tarixi ilə seçilən bu bölgə həm də  səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. İnanırıq ki, məktəblilərimiz zəngin təəssüratla qayıdacaqlar.

Tədbir rayonun gənc incəsənət ustaları, rəqs qrupları, musiqiçiləri ritmik musiqi nömrələri ilə davam etdi. Daha sonra şagirdlər  onlar üçün ayrılan xüsusi avtobusla Dövlət Yol Polisi avtomobilinin müşayiəti ilə  H.Əliyev adına Beynəlxalq Hava Limanına  yola düşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi