NOVRUZ BAYRAMINA HƏSR OLUNMUŞ TƏDBİR

          Martın 14-ü məktəbdə Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri 3 “C” sinif şagirdləri sinif müəllimi Samirə Xəlilovanın rəhbərliyi ilə təqdim etmişlər.Gözəl səhnə tərtibatı əsl yaz günlərindən xəbər  verirdi. Novruz ənənələrinə uyğun olaraq Kosa və Keçəl kimi rəmzi obrazların, adətlərimizin təqdimatının verilməsi tədbirə xüsusi ahəng qatmışdı. Məktəblilər öz ifalarında səsləndirdikləri şeir və musiqi nömrələri ilə tamaşaçıların rəğbətini qazandılar. Balaca fidanların çıxışları alqışlarla qarşılandı. Tədbirdə məktəb müdiriyyəti, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər. Məktəbin direktoru  Nazilə Əliyeva  sonda öz ürək sözləri və təbrikləri ilə tədbiri yekunlaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi