,,İÇMƏLI SU”YA HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ

   Martın 13-də 17 nömrəli tam orta məktəbdə ,,İçməli su”ya həsr olunmuş tədbir 1,,E” sinif şagirdlərinin iştirakı və sinif müəllimi Cəmilə Rzayevanın təşəbbüsü ilə keçirilmişdir. Belə ki, içməli su amili ekologiyanın ən başlıca komponentlərindən biridir. İçməli su ilahi varlığın insanlara verdiyi  ən qiymətli nemətdir. Azərbaycanda su ehtiyatının məhdud olduğu bir zamanda bu             ehtiyatlardan səmərəli istifadə, əldə olunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ölkəmizin hər bir sakini üçün ciddi əhəmiyyət  kəsb etməlidir. Tədbirdə balaca fidanlar  mövzusu ilə bağlı şeir, mahnı ifa etmiş və rəqslər nümayiş etdirmişlər.

   Tədbirdə məktəb müdiriyyəti, müəllimlər və valideynlər iştirak edirdilər. Sonda məktəbin direktoru Nazilə Əliyeva  tədbir  iştirakçılarını təbrik edərək onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi