MƏKTƏB MƏZUNLARININ QƏRBİ KASPİ UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞÜ KEÇİRİLDİ

Martın 6-da məktəbdə Qərbi Kaspi Universitetinin nəzdində yaradılmış texnoparkın direktoru İftixar Məmmədrzayev,tarix və fəlsəfə kafedrasının müdiri Münəvvər Abdullayeva ilə məzunların görüş keçirildi. Görüşün əsas məqsədi məzunları bu ali məktəblə, onun elmi–texniki bazası ilə yaxından tanış etmək idi. Tədbirdə çıxış edən qonaqlar məktəbimizin məzunlarına Qərbi Kaspi Universitetinin uğurları, təhsil sistemi haqqında geniş məlumat verdilər. Səmimi görüş çərçivəsində keçirilən bu tədbirdə məzunları maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda məktəbin direktoru Nazilə Əliyeva görüş iştirakçılarına öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi