CƏLAL ƏLİYEVİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BİOLOGİYA GECƏSİ KEÇİRİLDİ

Azərbaycanın görkəmli alimi, tanınmış ictimai-siyasi  xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru,professor, akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan ,,Biologiya gecəsiməktəbimizin biologiya  müəllimi Gülxarə Mehdiyeva və 9,,E” sinif şagirdlərinin təşəbbüsü ilə keçirilmişdir. Tədbirdə görkəmli alimin zəngin elmi fəaliyyətindən, keçdiyi ömür yolundan söz açılıb. Qeyd edib ki, akademik ölkədə bioloji müxtəlifliyin mühafizəsi və istifadəsi strategiyasının hazırlanmasında, xüsusilə Azərbaycanın elm tarixində ilk dəfə kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq proseslərinin nəzəri əsasları kimi fotosintez və fototənəffüs proseslərini əsaslı şəkildə öyrənib, bu sahədə uğurlu tədqiqatların aparılmasında böyük xidmətləri olub,  onun rəhbər­liyi ilə yeni fundamental elmi tədqiqat işləri təşkil edilib. ,,Biologiya gecəsi”ndə məktəbin pedoqoji heyəti, şagirdlər və valideyinlər iştirak etmişdir.Tədbirdə iştirak edən şagirdlərin çıxışlarını dinləyicilər alqışla qarşıladılar. Tədbirin sonunda məktəbin direktoru Nazilə Əliyeva tədbir iştirakçılarını təbrik edərək, onlara yeni uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi