“RİYAZİYYAT-İNFORMATİKA AYLIĞI”NA YEKUN VURULDU

Məktəbin illik  fəaliyyət  planına uyğun  olaraq  şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə  imkanlarının artırılması məqsədilə məktəbimizdə fənn aylıqları keçirilməkdə davam edir.  Fevral ayı məktəbimizdə  “Riyaziyyat-İnformatika aylığı” elan olunmuşdur. Fənn aylığı çərçivəsində  bir sıra tədbirlər, açıq dərslər, sinifdənxaric tədbirlər, dəyirmi masalar, siniflər üzrə referat və divar qəzetləri müsabiqəsi keçirilmişdir. ”Riyaziyyat-İnformatika aylığı”nın yekun tədbirində məktəbin  informatika müəllimi Rəna Quliyeva 6,,B” sinif şagirdləri ilə ,,Alqoritmlər” mövzusunda açıq dərs keçirdi. Dərs müasir  təlim və texnologiyalar əsasında qurulmuşdu. Sinifdə şagirdlər ,,Google”, ,,Yandex”, ,,Znatoki”, ,,Alqoritm uspexa” və ,,Doktor Web”adı altında 5 qrupa bölünmüşdülər. Qrup işlərində şagirdlər fəal iştirak etdilər. Hər qrup təmsil etdiyi saytlar haqqında təqdimat hazırlamışdı. Şagirdlər qrup işlərini yüksək səviyyədə təqdim etdilər. Dərsdə tələb olunan standartlara uyğun olaraq, müəllim tərəfindən müxtəlif meyarlarda qiymətləndirmə aparıldı. “Açıq dərs”də məktəb direktoru Nazilə Əliyeva və fənn müəlimləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi