RUS TƏMSİLÇİSİ KRILOVUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

23 fevral tarixində  17 nömrəli tam orta məktəbdə  dünya şöhrətli rus yazıçısı, dramaturqu, şairi və təmsilçisi İvan Andreyeviç Krılovun anadan olmasının 250 illik yubileyinə həsr olunmuş tədbir təşkil  edilmişdir. Tədbir 3,,B” sinif şagirdlərinin iştirakı və sinif  müəllimi Nailə Hacıömərovanın rəhbərliyi ilə təşkil edilmişdir. Tədbir zamanı balaca fidanlar İ.A.Krılovun şeir və təmsillərindən nümunələr söyləyib, əsərlərindən hazırlanmış səhnəciklər nümayiş etdirmişlər.

Tədbirdə məktəb müdiriyyəti, müəllimlər və valideynlər iştirak edirdilər. Sonda məktəbin direktoru Nazilə Əliyeva  tədbir iştirakçılarını təbrik edərək, onlara yeni   uğurlar arzuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi