MƏKTƏBİMİZİN KOLLEKTİVİ XOCALI SOYQIRIMININ 27-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR BAKIDA ÜMUMXALQ YÜRÜŞÜNDƏ İŞTİRAK ETDİ

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirildiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak ediblər.

Paytaxtın Azadlıq  meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Marşrut  boyunca yürüş iştirakçıları Azərbaycan, rus, ingilis dillərində yazılmış  ,,Dünya Xocalı soyqırımını tanımalıdır!”, ,,Xocalıya ədalət!”, ,,Xocalını unutmayın!”, ,,Rədd olsun erməni faşizmi!”, ,,Xocalı – XX əsrin soyqırımı”, ,,Cinayətkarlar cəzasız qalmayacaqlar!”, ,,Xocalı soyqırımı – 27 il”, ,,Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir", ,,Xocalı, sözün bitdiyi yer" və s. plakatlar və transparantları  tutmuşdular.

Yürüşdə  17 nömrəli tam orta məktəbin kollektivi də iştiak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi